Gömrük Komitəsi sədrinin iki müavini vəzifəsindən çıxarıldı

Yayımlandı: 28 Dekabr 2022 12:57

Natiq Şirinov Gömrük Komitəsi sədrinin müavini təyin olunub

Dövlət Gömrük Komitəsi sədrinin müavinləri Əsgər Abdullayev və İqbal Babayev vəzifələrindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev dekabrın 28-də sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Natiq Şirinov. Foto: “Trend”

Natiq Şirinov buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindəydi.

Əsgər Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Ə.Abdullayev və İ.Babayev. Foto: “modern”

İqbal Babayev isə 2018-ci ildə komitə sədrinin müavini təyin olunmuşdu.

O, 2000–2008 illərdə Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button