Gənc fəal saxlanıb

NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov iyunun 21-də saxlanıb.

Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumatına görə, o, saat 22:00 radələrində anasına zəng vuraraq evə gəldiyini deyib və marketdən nə lazım olduğunu soruşub, amma nəticədə evə gəlməyib.

Daxili İşlər Nazirliyindən (DİN) “Turan”a bildirilib ki, E.Abbasov ictimai asayiş qaydalarını pozduğuna görə saxlanılıb, araşdırma aparılır.

NİDA-dan isə deyilib ki, fəalın həbsinin əsl səbəbi Gədəbəy hadisələrindən sonra onun polisi kəskin tənqid edən yazdığı statusdur: “Elmir polisi tənqid etdiyi üçün oğurlanıb və şərlənərək həbs edilib”.

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button