Gəncədə “İmamzada TV” açıldı – İlk veriliş Mehriban Əliyevadan hazırlanıb-FOTO&VİDEO

Gəncədə yerləşən müqəddəs ziyarətgahlardan “İmamzadə” ziyarətgahının özünün TV kanalı açılıb. İnternet kanal olan bu kanalda Gəncənin tarixindən, onun zənginliklərindən, dini ənənələrindən bəhs olunan verilişlər hazırlanacaq, Gəncənin din xadimlərindən müsahibələr alınacaq, Gəncədə fəaliyyət göstərən məscidlərin və tarixi abidələrin tarixindən, onların əhəmiyyətindən bəhs olunan proqramlar yayınlanacaq.

Xural.com-un əldə etdiyi məlumata görə, İmamzada TV ziyarətgahın axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə təmsilçisi Hacı Tahir Abbaszadənin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Təsadüfi deyil ki, fevral ayında Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinə səfər etmiş və səfərdə “İmamzadə”yə məxsusi diqqət göstərmiş, orada ehsanlar vermiş, “İmamzadə”nin yenidən təmir olunması üçün lazımi göstərişlər vermişdi.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button