“Gəlin, dönək evə”

"Çingiz Mustafayev adına Fond" və "ANS Şirkətlər Qrupu müsabiqəyə yekun vurub

Xural.com-a daxil olan məlumata görə, avqustun 29-u Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibətilə “Çingiz Mustafayev adına Fond” və “ANS Şirkətlər Qrupu”nun hərbi-vətənpərvərlik mövzusunda “Gəlin, dönək evə” adlı mahnı müsabiqəsinə yekun vurulub. Azərbaycan Milli Konservatoriyasında keçirilən Azərbaycanın görkəmli incəsənət xadimləri iştirak edib.
“Ən yaxşı vətənpərvər mahnı” kateqoriyasında Elmar Kərimov mükafat qazanıb. ”Ən yaxşı əsgər və şücaət mahnısı” kateqoriyasında Gülnar Verdiyeva mükafat qazanıb. Münsiflər heyətinin xüsusi mükafatını da Gülnar Verdiyeva (“Şəhidlər balladası”na görə), “Həvəsləndirici mükafat”ı həvəskar bəstəkar İqbal Ağayev qazanıb. Qeyd edək ki, Çingiz Mustafayev adına Fond qaliblərə 1 000 AZN pul mükafatı, diplom və VMF milli saat fabrikinin xüsusi olaraq bu müsabiqə üçün istehsal etdiyi saat hədiyyə edib.
Xatırladaq ki, müsabiqənin münsiflər heyətinə Azərbaycanın xalq artisti Cavanşir Quliyev, xalq şairi Sabir Rüstəmxanlı, Bəstəkarlar İttifaqının üzvü Cahangir Zülfüqarov, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev və “Ozan” qrupunun üzvü Rasim Müzəffərli daxil idi. Müsabiqədə 21 mahnı ikinci tura keçsə də, cəmi 4 mahnı qalib seçilib.

 

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button