Füzuli istiqamətində Azərbaycan ordusunun mövqelərinə atəş açıldı

Azərbaycan Ordusunun Füzuli  rayonunun  Yuxarı Veysəlli kəndi  istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki,  Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bundan əvvəl Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində, Ermənistanla sərhəddə yerləşən mövqelərimizin atıcı silahlardan atəşə tutulduğunu bildirmişdi.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button