FSB-nin üç zabiti 5 milyard rubl rüşvət işi üzrə saxlanılıb

Rusiyanın İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) üç zabiti ilə bağlı 5 milyard rublluq (54.9 milyon dollar) rüşvət işi üzrə təhqiqata başlayıb. Söhbət Aleksey Tsarev, Sergey ManışkinAleksandr Uşakovdan gedir.

Məlumatı TASS hüquq-mühafizə orqanlarına istinadla yazır.

Hər üç təqsirləndirilən FSB-nin güc strukturlarında korrupsiya ilə mübarizə aparan “M” idarəsində xidmət ediblər.

TASS-ın məlumatına görə, Uşakov həbs olunub, ona xidməti vəzifəsindən istifadə edərək cinayətkar qrup yaratmaq ittihamı verilib.

Manışkin və Tsarev ev dustaqlığındadırlar. Onların istintaqla əməkdaşlığa gedərək cinayət ortaqları barədə ifadə verdikləri bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button