Fransadakı prezident seçkilərində 10 nəfər Mbappeyə səs verib

Fransada prezident seçkiləri zamanı PSJ klubunun futbolçusu Kilian Mbappeyə səs verilib. “Estrepublicain” nəşrinin məlumatına görə, 24 yaşlı hücumçu ikinci turda 10 səs toplayıb.

Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.

Fransa millisinin hücumçusu prezidentliyə namizədliyini irəli sürmədiyindən səslər nəzərə alınmayıb.

Qeyd edək ki, Emmanuel Makron ardıcıl ikinci dəfə Fransa prezidenti seçilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button