
Fikrət Fərəməzoğlu şərləndiyini iddia edir
Bu yaxınlarda müəmmalı şəkildə həbs olunan Fikrət Fərəməzoğludan xəbər var. Həbs olunduqdan sonra özünü açıq şəkildə müdafiə etməyən, onu müdafiə edən vəkillərin hüquqi xidmətindən imtina edən Fikrət Fərəməzoğlu həyat yoldaşı ilə görüşüb. Görüşdə Fikrət Fərəməzoğlu “Antaliya Mehman” tərəfindən şərləndiyini və oyun qurularaq həbs olunduğunu bildirib. Yaxın günlərdə vəkillə müqavilə bağlayacaqlarını bildirən Faiqə xanım xural.org-a onu da bildirib ki, Fikrət Fərəməzoğlu özünün müdafiəsini quracaq.
xural.org



