FHN Türkiyəyə yeni qrup göndərdi

Fövqaladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu, qardaş Türkiyə Respublikasına yola düşüb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra, bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb. Yardım karvanının yola salınmasına, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib. Xidmət rəisi bildirib ki, yanğınların söndürülməsinə, Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib. Sitat: “Bundan başqa 1 ədəd helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Əməkdaşımızın meşə yanğınlarının söndürülməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Orada da əməkdaşlarımız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər. Azərbaycandan göndərilən şəxsi heyətə daxil olan yanğınsöndürənlərin səhhətlərində heç bir ciddi problem yaşanmayıb. Sadəcə, əməliyyatlar zamanı iki nəfər əməkdaşımız yüngül xəsarət alıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button