Fələstini dəstəklədiyi üçün filmdən qovuldu

Melissa Barrera İsraili Qəzzada etnik təmizləmə aparmaqda ittiham edib

Meksikalı aktrisa Melissa Barreranın “Scream 7” filminin heyətindən qovulduğu iddia olunur.

“The Hollywood Reporter” yazır ki, Barrera “İnstagram”da İsrail hakimiyyətini Qəzza zolağında soyqırım və etnik təmizləmə aparmaqda ittiham edən paylaşımlardan sonra layihədən kənarlaşdırılıb.

Aktrisa layihədən kənarlaşdırılması xəbəri ilə bağlı açıqlama verməyib.

Melissa Barrera bir müddət öncə ABŞ Konqresinə, Prezident Co Baydenə və digər dünya liderlərinə müraciət edən mədəniyyət xadimlərinə də qoşulmuşdu.

Sənət adamları Qəzza zolağında dərhal atəşkəsə və barışığa çağırış ediblər.

Müraciət edənlər arasında aktyorlar Xoakin Feniks, Keyt Blanşett, Con Stüart, Kristen Stüart, Syuzan Sarandon, Maherşala Əli, Riz Əhməd, Rami Yusef və Quinta Brunson və daha 46 kinorejissor olub.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

The post Fələstini dəstəklədiyi üçün filmdən qovuldu appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button