FƏRİD HÜSEYN VƏ ŞƏHRİYAR HACIZADƏNİN HƏBSİNƏ ETİRAZ AKSİYASI KECİRİLİB – YENİLƏNİB (FOTO)

06.08.2012

AKSİYA İRAN SƏFİRLİYİ QARŞISINDA  KECİRİLİB

06.08.2012

Azərbaycanın bir qrup jurnalisti və hüquq müdafiəçisi İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib.

Avqustun 6-da Bakıda İçərişəhər meteostansiyasından səfirliyə tərəf yürüş edən piketçilər ingilis dilində «İran, Azərbaycan şairlərini azad et!» yazılmış şüarlar qaldırıblar. Polis aksiyanın keçirilməsinə mane olaraq, plakatları cırıb.

Aksiyanın təşkilatçılarından biri olan RATİ-nin direktoru Emin Hüseynov AzadlıqRadiosuna bildirib ki, onlar yerli və xarici medianın diqqətini İranda saxlanan Azərbaycan şairlərinin sabahkı məhkəməsinə cəlb etmək istəyirlər.

«ŞAİRLƏR DİPLOMATİK GƏRGİNLİYİN QURBANIDIR»

Emin Hüseynovun sözlərinə görə, onlar beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyirlər ki, bir müddət öncə İrana şeir festivalına gedən və orda saxlanan azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadənin həbsi əsassızdır.

Aksiya iştirakçıları hesab edirlər ki, şairlər iki ölkə arasındakı diplomatik gərginliyin qurbanlarıdır və onların dərhal azadlığa buraxılmasını tələb edirlər.

İyulun 28-də Təbrizdəki baş konsulluğun nümayəndəsi və ailə üzvləri ilə görüşərkən şairlər ölkəyə icazəsiz gəlməkdə ittiham olunduqlarını söyləyiblər.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər.

Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button