Fələstin BMT-ni İsraili uşaq qatili olan ölkə kimi tanımağa çağırıb

Yayımlandı: 13 Dekabr 2022 15:55

İsrailin Baş naziri 16 yaşlı uşağın ölümü ilə bağlı hadisəni araşdıracağını deyib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi hərbi əməliyyat zamanı 16 yaşlı fələstinli gənc həlak olub.

Xəbəri “Əl-Cəzirə” yayıb.

Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Jana Majdi Zakarnehin başından aldığı güllə yarasından həyatını itirib.

Fələstin Baş naziri Məhəmməd Ştaye baş verən hadisə ilə əlaqədar BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Virciniya Qambaya müraciət edib.

O, İsraili uşaq qatili olan dövlət kimi tanımağa çağırıb.

İsrailin Baş naziri Yair Lapid isə Zakarnehin ölümünə görə təəssüfləndiyini və insidentin baş vermə səbəbini araşdırılacağını söyləyib.

2022-ci il ərzində İsrailin nəzarətində olan ərazilərdə 50 fələstinli uşağın həyatını itirdiyi bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button