ƏVƏZ ZEYNALLI YAZIR: “DİQQƏT UMBAKI CƏHƏNNƏMİNƏ!”

Qışda "kormuşka"ları bağlamaq, yayda açmaq üçün dustağa əziyyət verirlər

Umbakı həbsxanasından verilən məlumatlar əsasında Əvəz Zeynallı facebook hesabında bir status paylaşıb. Statusu xural.org olaraq təqdim edirik:
“Umkakıda saxlanılan məhkumlardan aldığım məlumata görə, həbsxanada yeni və əslində ənənəvi işgəncə dövrü başlayıb. Havaların istiləşməsi səbəbindən “kormuşka”ları bağlayır və pul almadan açmırlar. Bu da dustaqların haqlı narazılığına və istidən əziyyət çəkməsinə səbəb olur.
Penitensiar Xidmətin belə atişləməz yolları var. Qışda – soyuqda “kormuşka”ları bağlamaq üçün, yayın cırhacırında da “kormuşka”ları açmaq üçün dustağa əziyyət verirlər. İndi Umbakıda, Bakı İstintaq Təcridxanasında yay mövsümü gəlib və pul qazanmaq dövrüdür. Pul almadan (3-5 manat arası) “kormuşka”nı açmırlar. Havalandırma yox, kondisioner yox – dustaq nə etməlidir?!
Mən bu haqda “Selcanın məmləkəti” – həbsxana gündəliklərində çox yazmışam. İllər dəyişir, sistemin rüşvət mexanizmi dəyişmir…
PENİTENSİAR XİDMƏT, ƏDLİYYƏ NAZİRLİYİ, NƏ DÜŞÜNÜRSÜNÜZ?! SİZCƏ BELƏMİ OLMALIDIR?!”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button