ƏVƏZ ZEYNALLI 3 İL ƏVVƏL DANIŞMIŞDI: “RAMİZ MEHDİYEVİN QOHUMLARI…” (VİDEOFAKT)

Ölkəni qohumlarının ixtiyarına vermişdi...

Qohumları, tanışları, nökər-naibləri ilə Azərbaycanı işğal etmişdi. Ona “boz kardinal” deyəndə əsəbiləşmir, əksinə sevinir, məmnun olurdu. “Xural” qəzeti və Əvəz Zeynallı bu haqda azı 15 ildir ki, durmadan yazır, onun və idbar komandasının iç üzünü, korrupsiya bataqlığında necə can verməsini, bu ölkəni necə rüşvət burulğanına salmasını durmadan ifşa edirdi. Hələ 2010-cu ildə həmin bu “Xural”ın və Əvəz Zeynallının “qara kardinal” dediyi adam Əvəz Zeynallını məhkəməyə verdi, 10.000 manat sifarişli məhkəmələr tərəfindən cərimə kəsdirdi. Sonra əl buyruqçusu Əli Həsənov tərəfindən torba tikdirib Əvəz Zeynallını öz maddələri ilə həbs etdirdilər. Bu gün hamı yazır… Hamı nəsə deyir… Ancaq biz bunun canlı tarixiyik, arxivlərimizdə 10-larla, 100-lərlə belə faktlar var. Bu video onlardan sadəcə biri…

Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button