Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının cəzasının qalan hissəsindən azad olunması ilə bağlı müraciətinə hansı tarixdə baxılacağı məlum olub.

Vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.

Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib.

Cinayət Məcəlləsinin 311.3.3, 311.3.4, , 312.2  maddələri ilə ittiham olunan Əvəz Zeynallı Ali Məhkəmənin qərarı ilə cəzası 9 ildən 8 il 10 aya endirilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button