Eurovision-2023-də Azərbaycan təmsilçisi bəlli olub

“Eurovision-2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “TuralTuranX” dueti təmsil edəcək.

Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

“Eurovision” bu il mayın 9-13-də Böyük Britaniyanın Liverpul şəhərində baş tutacaq.

Ötən il keçirilən müsabiqədə Ukraynanı təmsil edən “Kalush Orchestra” adlı qrup “Stefania” mahnısı ilə birinci, İngiltərə isə ikinci olub. Avropa Yayım Birliyi (EUB) “Eurovision”ın Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynada keçirilməyəcəyini açıqladıqdan sonra Böyük Britaniyaya müraciət olunmuşdu.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button