
Etimad İsmayılovun İstanbulda 40 mərasimi keçiriləcək
19 sentyabr 2018-ci ildə İstanbulda, öz iş yerində qətlə yetirilən Etimad İsmayılovun 40 mərasimi İstanbulda da keçiriləcək. Bu haqda xural.org-a Etimad İsmayılovun ailəsindən məlumat daxil olub. Ailə yaxınlarının, Türkiyədə və Rusiyadakı dostlarının iştirak edəcəyi məclis İstanbulun dini mərkəzlərindən birində təşkil olunacaq. Etimad İsmayılovun xatirəsinə Qurani-Kərim oxudulacaq və mərasimdən sonra ehsan süfrəsi açılacaq.
Allah rəhmət eləsin!
Xural.com



