
“Əsla nə Azərbaycandan, nə də dövlətimizə olan sevgimizdən əl çəkəcəyik…”
Jurnalist Məlahət Qisuri Zeynallı öz facebook səhifəsində yazır:
“Həyatımızın ən məhsuldar illərini mətbuata həsr etdik. Mətbuatın bütün sahələrinə baş vurduq. İnformasiya Agentliyindən tutmuş, qəzet, sayt, televiziyaların xəbər məkanında yerimiz oldu. Mükafatımız övladımızdır. Selcan Xatunumuz bu gündən “The Copenhagen Post” qəzetində və saytında işə başladı. İlk iş günündə qəzet redaktorunun ona “istədiyiniz vaxt müraciət edin, sizə kofe təqdim edək!” təklifi olub. “Bu ölkədə həqiqətən də xoşbəxt olmamaq mümkün deyil!”-deyir. O qədər səmimi ortam var ki, işin məhsuldarlığının yüksəlməsinə səbəb olur. Qürur duyuruq, həm Əvəz bəy, həm də mən. Bütün arzularımızı gerçəkləşdirən, etmədiklərimizi edən Selcan Xatununumuz var, artıq.
Düşünməyin ki, dünyanın ən yüksək nöqtəsində çalışması onun vətənpərvərlik hissini azaldacaq, əsla. Necə övlad yetişdirdiyimizin fərqindəyik. Dünya üstümüzə gəlsə də, hakimiyyət şər-böhtanı üstümüzə atıb, ömrümüzü həbsxanalarda çürütməyə çalışsa da, əsla nə Azərbaycandan, nə də dövlətimizə olan sevgimizdən əl çəkəcəyik. Övladlarımız isə yaxşı təhsil alsınlar, yaxşı oxusunlar ki, Vətənə layiqincə xidmət edə bilsinlər. Azərbaycan bizimdir, hər zaman da bizim olacaq!
P.S. Bu da Selcan Zeynallının qəzetdəki ilk işi. Fərqli, bir az da özünəməxsus. Uğurların bol, zirvələr sənin olsun, Atasının balası.”





