Əsədin sarayı YANIR: Suriya xalqı əşyalarını ÇIXARIR – VİDEO
![]()
Dəməşqdə Bəşər Əsədin sarayında böyük yanğın baş verib.
Yanğın sarayın qəbul zalında başlayıb və sürətlə digər otaqlara yayılmağa başlayıb.
Hadisə ilə bağlı ilkin məlumatlara görə, yanğının səbəbləri hələ müəyyənləşdirilməyib. Lakin bu hadisə, Bəşər Əsədin iqamətgahında ciddi təxliyə prosesinin başlandığını göstərir.
“Aljazeera” kanalı bildirib ki, yanğın başlamazdan əvvəl bir qrup suriyalı Əsədin iqamətgahından qiymətli əşyalarını və sənədlərini çıxarıblar.





