Ermənistanın müvəqqəti baş naziri Moskvaya getdi

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyan işgüzar məsləhətləşmələr üçün Moskvaya gedib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin saytında yerləşdirilən bəyanatda deyilir ki, baş nazirin müavini elə bu gün axşam saatlarında Yerevana qayıdacaq.

Qeyd edək ki, Ermənistanda aprelin 13-dən etiraz aksiyaları keçirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button