
Ermənistanda təyyarə qəza edib, iki pilot həlak olub
Ermənistanda “Yak-52” təlim təyyarəsi Yerevandan 20 km şimalda yerləşən kiçik Yeğvard şəhəri yaxınlığında qəzaya uğrayıb, iki pilot həlak olub.
Nazirlik həlak olan pilotların baş leytenant Armen İsaxanyan və kursant Armen Xaçatryan olduğunu deyir. Onların meyitləri təyyarənin qalıqları arasından tez aşkarlanıb.
Hadisənin səbəbi aydın deyil. Ermənistanın İstintaq Komitəsi bildirir ki, uçuş təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması ilə bağlı araşdırma aparılır.



