
ERMƏNİSTANDAN QIZILGÜL, POMİDOR VƏ KONYAK ALACAĞIQ-VİDEO
Əvəz Zeynallının ritorik suallarına cavab gəldi...

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Xural.org musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan brifinq zamanı hər iki tərəfin qarşılıqlı tədarük üçün potensial malların siyahısını bir-birinə təqdim etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, artıq dövlət səviyyəsində müəyyən edilən siyahılar üzrə müzakirələr yekunlaşıb və top indi özəl sektorun tərəfindədir. “Hazırda iş adamlarının cavabını gözləyirik. Bazarların qarşılıqlı açılması tədricən baş verən bir prosesdir”, – deyə Papoyan vurğulayıb.
Ortada hansı mallar var?
Nazir həmçinin qeyd edib ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq bir müddətdir Ermənistan bazarında satılır. Lakin Azərbaycan bazarında hələlik Ermənistan məhsulları mövcud deyil. Ermənistan tərəfinin ixrac üçün təklif etdiyi siyahıya aşağıdakılar daxildir:
-
Sənaye məhsulları: Alüminium folqa və onun istehsalı üçün xammal, ferromolibden;
-
Kənd təsərrüfatı: Qızılgül və digər istixana məhsulları (pomidor, bibər);
-
Digər: Tekstil məhsulları, tütün və brendi (konyak) istehsalı üçün xammal.
Papoyan bildirib ki, ticarətin tam bərpası üçün logistik marşrutların əlaqələndirilməsi hələ də gündəmdədir. Bununla belə, artıq bəzi nəqliyyat kanalları açılıb və lazım gələrsə, malların Ermənistan ərazisindən tranziti üçün texniki imkanlar mövcuddur. Nazir həmçinin əlavə edib ki, iki il əvvəl belə bir formatın təsəvvür edilməsi belə mümkün deyildi, lakin bu gün sülhün dividendləri artıq iqtisadi müstəvidə özünü göstərir.
Xural.org xatırladır ki, bir neçə gün bundan əvvəl Xural TV-nin sahibi Əvəz Zeynallı özünün canlı efirində mövzunu geniş şərh etmiş və “Ermənistandan hansı malları alacağıq, konyakmı?” demişdi. Musavat.com həm də Əvəz Zeynallının çıxışına bir cavab verib və məlim olur ki, bizə əsla lazım olmayacaq mallar üçün çalışmalar başlayıb. Xural.org Əvəz Zeynallının çıxışından bir parçanı Oxucularının diqqətinə çatdırır:



