Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb – ölü sayı arta bilər

Laçın-Gorus istiqamətində baş vermiş atışma nəticəsində 3 erməni hərbçi ölüb, çoxlu yaralı var.

Erməni mediasının məlumatına görə, xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb.

“Hraparak” Zəngəzurdakı mənbəyə istinadən məlumat yayıb ki, yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda əməliyyat olunan Armen Gezalyan da var. Onun əməliyyat olunduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, erməni tərəfi hələ də atışma zamanı yaralıları hadisə yerindən çıxara bilməyib, odur ki, ölənlərin sayı arta bilər.

“Caliber”in məlumatına görə, erməni tərəfi 6 itki verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button