
Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvaya gedir
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Moskvaya səfərə gedəcək. Məlumatı qurumun Mətbuat Xidməti yayıb.
Səfər Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə həyata keçirilir.
A.Qriqoryan təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq toplantıya qatılacaq.
Səfər mayın 25-də başa çatacaq.



