Ermənistan müdafiə nazirinin Qarabağda erməni səngərlərini gəzməsinin görüntüləri…-VİDEO

Belə bir xəbərin məhz  Zəfər Günündə Şuşada səfərdə olan  dövlət başçısı İlham Əliyevin Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşdüyü bir vaxtda yayılması planlaşdırılmış senarinin tərkib hissəsinə bənzəyir…
Xəbər verdiyimiz kimi, dünən –noyabrın 8-də erməni mediası Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçərək Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının məsuliyyət zonasındakı əraziyə gəlməsi haqda informasiya yayıb.
Noyabrın 8-i axşam saatlarında  erməni saytlarında A.Karapetyanın Qarabağ səfərini əks etdirən video-görüntülər də təqdim edilib.
Dünənki xəbərdə  Ermənistan müdafiə nazirinin guya Xankəndinə gizli şəkildə gəlib-getməsi bildirilsə də,  sözügedən videoda A.Karapetyanın avtomobil karvanının, səhv etmiriksə, Rusiya hərbi kontingentininn Şuşa rayonunun Turşsu qəsəbəsindəki nəzarət-buraxılış postundan sərbəst keçərək Şuşa istiqamətində getməsi aydın görünür…
A.Karapetyan yalnız Xankəndində  hərbçilərlə müşavirə keçirməyib, həmçinin, Qarabağda Azərbaycan ordusuyla təmas xəttində yerləşən erməni hərbi hissələrindən birində də olub, səngərləri gəzib, Azərbaycan mövqelərinin müşahidə edib.  İşğalçı ölkənin müdafiə naziri Qarabağda faktiki hərbi xidmət keçən bir sıra erməni hərbçilərini də mükafatlandırıb.
Qeyd edək ki, bəzi erməni saytlarında A.Karapetyanın noyabrın 6-da Qarabağa ikigünlük səfərə  gəldiyi  göstərilib.  Onun  7 noyabrda Zəngəzura getdiyi, Qaragöl ətrafına baş çəkdiyi, dövlət sərhədinin bərpasından danışdığı da bildirilir…
Ermənistan müdafiə nazirinin Qarabağda erməni səngərlərini gəzməsinin görüntüləri…-VİDEO
Bütün hallarda belə bir xəbərin məhz dünən – Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Şuşada Zəfər Gününün qeyd olunduğu, həmçinin Şuşada səfərdə olan  dövlət başçısı İlham Əliyevin orada Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşdüyü, eləcə də guya Azərbaycan hərbçiləri tərəfindən Şuşa yaxınlığında “dinc ermənilərə atəş açılması və 22 yaşlı gəncin öldürülməsi, 3 nəfərin yaralanması” haqda təxribatçı informasiyaların meydana çıxdığı bir vaxtda yayılması planlaşdırılmış senarinin tərkib hissəsinə bənzəyir. Görünür, bu günlərdə – 10 Noyabr razılaşmasının ildönümündə Rusiya prezidenti V.Putinin iştirakıyla Moskvada İlham Əliyev və Nikol Paşinyanın gözlənilən görüşünün alınmaması(?) təsadüfi deyil…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button