Erməni qubernatoru bəyan etdi: “Sünikin könüllü dəstələri tam hazırlıq vəziyyətindədir”

Zəngəzurun erməni “qubernatoru” Melikset Poqosyan regiondakı vəziyyətlə bağlı məlumatları təqdim edib. “Yerkrapa” Könüllülər İttifaqının Sünik (Zəngəzur) bölgəsi üzrə bölməsinin və digər könüllü dəstələrin nümayəndələri tam hazırlıq vəziyyətindədirlər. Xural.com -un  məlumatına görə, bu barədə çərşənbə axşamı vilayətin qubernatoru Melikset Poqosyan erməni mətbuatına bildirib.

Poqosyanın sözlərinə görə, Gorus istiqamətində vəziyyət nisbətən sakitdir, lakin regionun şimal hissəsində vəziyyət gərgindir. Eyni zamanda, qubernator kəskinləşmənin qeydə alındığı konkret ərazilərin adını çəkməyib, bu məsələ ilə Müdafiə Nazirliyinə müraciət etməyə çağırıb.
Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni mövqelərinə zərbələr endirib. Saat 15:00-a olan məlumata görə, sərhədin bu istiqamətində vəziyyət ciddi dəyişikliyə məruz qalmayıb. Yerli döyüşlər artilleriya, zirehli texnika və atıcı silahlardan istifadə etməklə baş verir. Erməni tərəfdən ölən və yaralananlar var.

Xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button