Erməni polisi cinayətkarlığın artdığını bildirib

Ermənistanda 2021-ci ilin ilk 9 ayı ərzində ümumi cinayətkarlığın sayı 6,1 faiz artıb.

Xural.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Polisi rəisinin müavini Ara Fidanyan noyabrın 1-də parlament komissiyasında 2022-ci il üçün dövlət büdcəsi müzakirə olunan zaman deyib.

Onun sözlərinə görə, 2020-ci ilin ilk 9 ayında 19 662 hadisə, 2021-ci ilin eyni dövründə 20 863 hadisə törədilib.

Müavin qeyd edib ki, əsasən, dələduzluq, oğurluq və yol hərəkəti qaydalarının pozulması halları artıb: “Onlardan 711-i korrupsiya, 161-i rüşvətxorluq, 66-sı vəzifədən sui-istifadə, 93-ü vəzifə saxtakarlığı, 211-i vəzifə səlahiyyətlərindən sui-istifadə, 51-i səlahiyyət həddini aşmaq xarakterlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button