Erməni mətbuatı iddia edir ki, Azərbaycanda azan 2 hərbçi silahsız olub

Ermənistanın cənub-şərq istiqamətində yerləşdirilmiş Ermənistan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə təyin olunmuş hərbi nəqliyyat vasitəsində xidməti vəzifələrini yerinə yetirərkən, sis-duman səbəbindən  hərbçi Artur Nalbandyan və avtomobilin sürücüsü Aramais Torozyan azıblar. Axtarış-xilasetmə işləri dərhal başlasa da heç bir  nəticə verməyib.

Ermənistan Müdafiə Nazirliyinin Armenpress-ə verdiyi məlumata görə, Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Artur Nalbandyan və Aramais Torozyanın Azərbaycan ərazisində görünməsinin mümkünlüyünü müzakirə edirlər. Və bildirilir ki, Artur Nalbandyan və Aramais Torozyanın silahsız olublar.

O zaman xidməti vəzifəsini yerinə yetirən iki hərbçinin Azərbaycan torpaqlarında nə işi olub? Bu suala hər zamankı kimi cavab yoxdur.

xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button