
Erməni ermənini əxlaqsız adlandırdı
Ermənistanın keçmiş Müdafiə nazirinin müşaviri Artak Zakaryan yeni açıqlama verib:
“Kapitulyasiyanı imzalayan xainlər dəstəsinin “görkəmli” nümayəndələrindən biri müxalifətin çıxışlarını seçkilərdə məğlub olmağın nəticəsi kimi şərh edib. Xainlərin fikrincə, müharibədə məğlub olmaq və vətəni rəqibə təhvil vermək seçkilərdə məğlub olmaq qədər ağrılı deyil. Yəni, müxalifət bunları kapitulyasiya imzaladıqlarına görə yox, müxalifətin seçkilərdə məğlub olduğuna görə kapitulyant adlandırır. Ay səni əxlaqsız düşüncə tərzi. Bir dostum var, bənzər hallarda deyirdi: “Əxlaqsızdan hər şey gözləniləndir””…



