
Ermənistan Fələstin dövlətini tanıyıb
İcraçı prodüser
Sosial media reportyoru/prodüseri
Sosial media redaktoru
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Fələstin Dövlətini tanındığını rəsmən elan edib.
“İsrail-Fələstin münaqişəsinin həlli üçün “iki dövlət” prinsipini dəstəkləyirik”, – nazirliyin saytında yer alan bəyanatda bildirilir.
Xatırladılır ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnaməsinə qoşulub.
İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) qurumun nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.
Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.
Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.



