Ermənistan daha 10 azərbaycanlının nəşinin qalıqlarını təhvil verib

Dekabrın 1-də Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsinin 10 qurbanının sümüklərini və 2 xəritə təhvil verib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlərin göstərildiyi bildirilir. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb.

Bu xəbərlə bağlı Azərbaycan tərəfdən rəsmi açıqlama verilməyib.

MTX-nın məlumatına görə, 2020-ci il noyabrın 9-dan, 2-ci Qarabağ müharibəsi əməliyyatları dayandırılandan sonra Ermənistan Azərbaycana 1-ci Qarabağ müharibəsinin 140 qurbanının sümüklərini və 5 xəritə verib.

Azərbaycan həmin il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə şiddətli döyüşlərdə itki verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button