
Emin İbrahimovun apellyasiya şikayəti təmin edilməyib
Keçmiş diplomat Emin İbrahimovun həbsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətini iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi təmin edilməyib.
Vəkil Aqil Layıc bildirib ki, E.İbrahimov artıq 6 gündür 3 saylı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyini deyir:
“Emin İbrahimov deyir ki, aclıq aksiyasını dayandırmaq üçün müəssisə rəhbərliyi tərəfindən total təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, 15 nəfərlik kamerada saxlanılır.”
Vəkil bildirir ki, E.İbrahimovun vurğulamasına görə, ağır cinayətlərdə ittiham edilən bəzi şəxsləri onun üstünə məqsədli şəkildə salırlar ki, aclığı dayandırsın:
“Hətta deməsinə görə, qəti olaraq gecə öldürülə biləcəyi təhdidləri də alıb. Lakin Emin aclığı davam etdirir və fikrində qətiyyətlidir”.
Vəkil qeyd edib ki, E.İbrahimova telefonla danışmaq və ailə üzvləri ilə görüşməyə də qadağa qoyulub.
Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
Keçmiş diplomat, ictimai fəal Emin İbrahimov iyulun 22-də saxlanıb. O, Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
İyulun 24-də Nizami rayon Məhkəməsi keçmiş diplomat barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.
O bir şəxsi bucaqla vurmaqda ittiham edilir.Amma ittihamı qurma sayır.Həmin maddələrlə şəxsə 11 ilə qədər həbs verilə bilər.
E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb. Onun 2020-ci ilin fevralında Azərbaycandakı parlament seçkilərini özü üçün “son damcı” sayaraq martın 13-də ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarova istefa ərizəsi yazdığı bildirilir. Bu həftə E.İbrahimovun saxlanmasından sonra onun yazdığı bildirilən ərizənin fotosu sosial şəbəkələrdə yayılıb.
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 2020-ci il seçkilərində həqiqi rəqabətin qarşısının alındığını, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə “mənalı” seçim imkanı verilmədiyini bildirib.
Rəsmilər isə həmin seçki ilə bağlı tənqidləri qəbul etmir.



