Elxan Şükürlü Mətbuat Şurasını darmadağın etdi-FOTO&VIDEO

 

Məlum olduğu kimi dünən Mətbuat Şurasının təşkilatçılığı ilə elektron mediada baş verən problemlərlə bağlı toplantı keçirilib. Toplantıda bir neçə vacib çıxış olub. Çıxışçılardan biri daha önəmli nitq söyləməyinə baxmayaraq, şəbəkələşmiş media onun çıxışı haqqında bir cümlə də dərc etməyib. Bu, çıxışı sosial şəbəkələrdə artıq müzakirə mövzusu olan strateq.az saytının baş redaktoru Elxan Şükürlü edib. Elxan Şükürlünün Mətbuat Şurasının toplantısında etdiyi çıxışın bir hissəsini xural.org olaraq dünən əldə etdik və bu haqda sosial şəbəkələrdə müzakirələr də başlatdıq. Maraqlıdır ki, çıxışın tam hissəsi APA-da və bütün iştirak edən telekanallarda olsa da, heç bir kanal bu çıxışdan bir sətir də yaymayıb. Halbuki orada yeganə problemləri dilə gətirən adam Elxan Şükürlü olub və əldə etdiyimiz yarımçıq videodan da görünür ki, onun çıxışı ən azı iki dəfə jurnalistlərin təqdir-alqışı ilə qarşılanıb.

Maraqlıdır ki, özlərinə jurnalist deyən adamlar və onların rəhbərlik etdiyi qurumlar nəinki bu çıxışı verməyiblər, APA kimi iri olduğunu iddia edən “Holding”lər heç Elxan Şükürlünün adını da çəkməyib. Bu, həm peşə etikası, həm həmkarlıq hissləri, həm də etika normaları ilə tərs mütənasibdir.

Elxan Şükürlünün çıxışının əvvəlində mətbuat xidmətlərinin yarıtmaz fəaliyyətindən bəhs olunur, Vüsalə Mahirqızının agentliyinin yalan çıxan xəbərindən danışır, Tapdıq Abbasın uyğunsuz replikasına cavab verir (Tapdıq Abbasa maraqlı cavab verib Elxan Şükürlü. “Özünü təqdim et” deyəndə, “Sən axı məni tanımalısan. 1-2 ay bundan əvvəl sənin fb statusunu dərc edəndə ölkənin yarısı mənə zəng vurdu. Sən öz imzanla qəzetdə dərc etdiyin bir yazını oğlunun imzası ilə qəzetinin saytında dərc edən adam deyilsənmi?” cavabını verib – Red.) və bunlar davam edir. Yəni əziz Oxucu, bu, Elxan Şükürlünün tam çıxışı deyil, xural.org-un əldə etdiyi yarımçıq çıxışıdır.

“…Adı ilə deyirəm ki, hansı icra başçılarından, hansı idarə müdirlərindən yazı yazırsan, özləri çıxır. Yazını çıxarmayanda sizin Mətbuat Şurasından zəng vururlar ki, çıxarın. Bir-bir araşdırın görün, kimlər haqq alır icra başçılarından. Araşdırın görün, hansı idarələrdən alırlar. Guya siz özünüz bunları bilmirsiniz? Çox gözəl bilirsiniz, amma demirsiniz. Niyə? Çünki o reket mətbuatı yetişdirən sizlərsiniz. Özünüzsünüz! Siz özünüz yaratdığınız bir canavarın əlində qalmısınız və heç nə edə bilmirsiniz. Qaldı bu məsələlərə, siz indi cəsarət edib danışırsınız, amma biz bunu yazdığımıza görə, həmin o reket mətbuatın arxasında hansı dövlət qurumları durub… Əksəriyyətinizin şəkillərinizi çəkiblər. Əksəriyyətinizi şantaj ediblər. Niyə səsinizi çıxarmırdınız? Amma biz yazanda, bizi istintaqa çağıranda siz Mətbuat Şurası başda olmaqla, bu jurnalist ordusunun böyük əksəriyyəti susurdu. Ona görə susurdu ki, çoxunuz gözü kölgəlisiniz. İnanın, ona görə də sizlər o problemi həll edə bilməzsiniz.

Çıxış yolu odur. İndiyə qədər Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatları ilə birlikdə nə qədər layihə işləyibsiniz? İnformasiya təhlükəsizliyi ilə bağlı, informasiya azadlığı ilə bağlı, mətbuat xidmətləri ilə jurnalistlər arasındakı əlaqələr barədə. Hanı? Hamısı korrupsiya layihələri olub da… Bir dənə nəticəsi yoxdur. Vüsalə xanım, bəli, bu gün APA informasiya sektoru sahəsində ən nüfuzlu, bir nömrəli agentlikdir. Hamı gözləyir ki, görək Vüsalə xanım nə yazacaq, ona istinad edək. İndiyə qədər bir məlumatı yanlış yazmışıq. O gün sizin saytda gedib. Milli Təhlükəsizlik nazirinin müavini ilə bağlı xəbər. Sizdən sonra biz götürmüşük, sizə etibar eləmişik, yəni artıq inam yaranıb. Bunu qoyandan sonra bəlli olub ki, xəbər doğru deyil. Məcburuq çıxaraq. Acığa düşüb demişəm ki, çıxarmayın. Niyə çıxarmalıyıq? Biz hansısa informasiya orqanının yalan məlumatını niyə çıxarmalıyıq? Axı qoyub-çıxaranda onun özündə də problem yaranır ki, bu xəbər niyə qoyuldu, niyə çıxarıldı?

Odur ki, bir-bir hamısını saya bilərik. Bu məsələdə, bu reket jurnalistikasının yetişməyində, mətbuatın bu günə düşməyində ilk növbədə sizlər, sonra da dövlət orqanları məsuliyyət daşıyır. Bunu hansısa yazıq jurnalistin boynuna yıxmayın. Bu gün nəşriyyatda – çox-çox üzr istəyirəm xanımlardan – hansısa “priton”u saxlayırlar, cibindən jurnalist vəziqəsi çıxarır. Aylıq haqq qoyublar. İcra Hakimiyyətləri siyahı tutub. Araşdırın tədbirləri, baxın. Hər tədbirdə hansı icra hakimiyyəti, hansı komitə, hansı nazirlik kimlərə nə hədiyyə verir. Bunun hamısı rüşvətdir da, ələalmadır da… Ondan rüşvət alan, ondan hədiyyə alan kimsə gedib bir də ondan yazacaq? Yazmayacaq! Və siz də bunu stimullaşdırırsınız. Ehtiyac var yenə nəsə deməyə, yoxsa daha faktlar deyim? “

xural.org

msh msh1 msh2 msh3 msh4 msh5 msh6 msh7 msh8 msh9 msh10 msh11 msh12 msh13 msh14 msh15 msh16 msh17 msh18 msh19

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button