
Elnur Sultanov Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib
Cavanşir Əşrəf oğlu Axundov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin sərəncama əsasən, Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Elnur Sultanova 2012-ci il fevralın 10-da fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib və prezidentin imzaladığı digər Sərəncam ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilib.
Prezidentin 23 may 2014-cü il tarixli Sərəncamı ilə iqamətgahı Braziliyada olmaqla, eyni zamanda daha 3 ölkədə Azərbaycanın – Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında və Surinam Respublikasında, 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə də Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



