“Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.
Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Fərman Məmmədov ona ümumilikdə 575 min manatlıq ziyan dəydiyini deyib. O bildirib ki, həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura, 435 min manatı isə Həbibin özünə verib.

“Elmira Axundova isə mənə 250 min manat pul qaytarıb. Çünkü Elmira xanım daha əvvəl demişdi ki, Elnur üçün tenderdə qalib gəlib. O söylədi ki, oğlunun bütün işlərini Elnur görəcək. Ona görə də 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı”.

F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib.

O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: “Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib”.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

H.Axundov isə mediaya aşçıaqlamalarında deyilənləritəkzib edib və bu iş üzrə zərərçəkmiş olduğunu və digər zərərçəkənlər tərəfindən şantaja məruz qaldığını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button