Elmar Vəliyevdə “psixi pozğunluq yaranıb”, məhkəmədə dindirilə bilməz!

Bu iddia aylar öncə şahidlər tərəfindən təkzib edilib

Gəncənin keçmiş icra başçısı, 2018-ci ildə Yunis Səfərov tərəfindən güllələnən Elmar Vəliyevin vəziyyəti barədə ekspertiza rəyi məhkəməyə təqdim olunub. “Gəncə işi” üzrə ittiham olunanların vəkili Cavad Cavadov bildirib ki, ekspertiza rəyinə əsasən Elmar Vəliyevdə sui-qəsd zamanı başından aldığı güllə yarası nəticəsində psixi pozğunluq yaranıb və onun məhkəmədə dindirilməsi “vəziyyətinin pisləşməsinə” səbəb ola bilər.

Xatırladaq ki, bu il martın 16-da “Gəncə işi” ilə bağlı məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər Yunis Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Mustafayevin 20 il, Ceyhun Qurbanovun 18 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq yenilənib.

Vəkillər israrlı vəsatətlərlə sabiq icra başçısı Elmar Vəliyevin də dindirilməsini istəyiblər. Bu səbəbdən məhkəmə onun dindirilməsinin mümkün olub-olmaması ilə bağlı ekspertizaya müraciət edilib. Ondan sonra məhkəmə prosesi qeyri-müəyyən müdətə təxirə salınmışdı.

Qeyd edək ki, aylar öncə şahidlər Elmar Vəliyevin sapa-sağlam olduğunu, hətta aşıq məclisində mahnı oxuduğunu da deyiblər. Maraqlıdır ki, Elmar Vəliyevin son görüntüləri israrla ictimaiyyətə təqdim olunmur.  Etibarlı mənbələrin açıqlamalarına görə, E.Vəliyevin bu yaxınlarda hətta yenidən yüksək səlahiyyətli vəzifəyə təyin olunacağını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button