
Elmar Hüseynov haqqında kitab çıxarılır: Anım günü təqdimat olacaq – AÇIQLAMA
2005-ci il martın 2-si axşam saatlarında evinin önündə güllələnərək öldürülən mərhum jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov haqqında kitab çıxarılacaq.
Bu barədə mərhum jurnalistin davamçısı, Monitortv.info saytına rəhbərlik edən İsmayıl İslamoğlu məlumat verib.
O, qeyd edib ki, kitabın təqdimatı mərhum jurnalistin bu ilki anım günündə olacaq: “Elmar Hüseynovun qarşıdan anım günü gəlir. Məhz bu səbəbdən Elmar Hüseynov haqqında kitab çıxartdırırıq. Bu kitabda həm Elmar Hüseynovun önəmli məqalələri, həm yayınlanmayan yazılar, həm onu tanıyan dostlarının və həm də həmkarlarının xatirələri yer alacaq”
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə mart ayının 2-də yaşadığı binanın blokunda yeddi güllə ilə güllələnərək qətlə yetirilib. Bu il mərhum jurnalistin ölümündən 13 il ötür.(monitortv.info)



