
ƏLİ KƏRİMLİYƏ AĞIR İTKİ ÜZ VERDİ
"Dərhal azadlığa buraxılmalıdır..."

Bu gün AXCP sədri Əli Kərimlinin atası Əmirhüseyn Kərimli vəfat edib.
Xural.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Mərhum doğulduğu Saatlı rayonunda dəfn olunacaq.
Xural TV-nin baş direktoru həbsdə olan AXCP sədrinə başsağlığı diləyib və onun Atasının dəfni üçün dərhal azadlığa buraxılmalı olduğunu bildirib. Əvəz Zeynallının statusunu olduğu kimi təqdim edirik:
“Əli bəy Kərimlinin atası Əmirhüseyn kişi əbədiyyətə qovuşub. DTX-nın təcridxanası kimi ağır şəraitli yerdə bunun nə demək olduğunu yaxşı bilirəm. İndi 15 kv metrlik kamerada bağrı çatlayır, əminəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun Əmirhüseyn kişinin. Çox üzgün və sarsılmış haldayam. Biz haradan haraya gətirildik…
Əli Kərimli dərhal Atasının dəfninə buraxılmalıdır. Belə nümunələr var. Yəqin vəkillər artıq hərəkətə keçiblər. Cavabı gözləyək…
Bu da Əli Kərimlinin sınağıdır. Mətanətlə keçəcəyinə inanıram! Başın sağ olsun, Bəy!”



