ƏLİ HƏSƏNOVUN ƏRİNDƏN AYRILAN QIZI DUBAYDA NƏ İŞ GÖRÜR?

Qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur...

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ötən il həyat yoldaşından boşanan qızı Safiyə Möhbalıyeva (Həsənova) Dubayda bizneslə məşğuldur.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib.

O bildirib ki, Safiyə Möhbalıyeva hazırda Dubayda yaşayır və qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur.

Qeyd edək ki, Əli Həsənovun qızı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının keçmiş sədri Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə ailə qurmuşdu. Onların birgə nikahdan 2 övladı var.

Hazırda İ.Möhbalıyevin də Dubayda yaşadığı bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button