ELDAR ƏZİZOVUN OĞLU NAZİR MÜŞAVİRİ OLDU

Bir azdan da nazir olacaq...

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Xural.org Report-a istinadla xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.
Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button