
Elçin Əmirbəyov vəzifəsindən azad edildi və…
Elçin Əmirbəyov Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib. Bu barədə iyulun 18-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Əmirbəyov 2017-ci ildən Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb. Bundan öncə o, Azərbaycan Respublikasının Fransadakı səfiri olub.



