
Ekspert: “Rejim istəməsəydi, İrandakı səfirliyə hücum baş verməzdi”
“Azərbaycanın İrandakı səfirliyinə hücumun arxasında bu ölkədəki hakim rejim dayanır”.
Bunu amerikalı ekspert və Hudson İnstitutunun baş elmi işçisi Maykl Doran deyib.
“Empirizmə əsaslanan qayda budur ki, İrandakı səfirliyə hücum rejim istəməsəydi, baş verməzdi”, – o vurğulayıb.



