
“ƏDLİYYƏ NAZİRLİYİNİN TİBB BAŞ İDARƏSİ HEÇ BİR QURUMU VECİNƏ ALMIR!”
“Xural” Media Qurmunun həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb. Bu haqda onun həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı özünün facebook sosial şəbəkəsindəki statusunda məlumat verib. Statusu olduğu kii Oxucularımızın diqqətinə çatdırırıq:
“Nə qədər çalişirsan, xoşluqla məsələ həll olsun, alinmir. məmləkət elə bir gündədir ki, heç bir qurum bir-birini saymir. hamisi ayri-ayriliqda bir padşahliq qurublar, ximir-ximir dağidirlar ölkəni.
Məsələ nədir? Əvəz Zeynallinin uzun müddətdir ki, sağlamliğinda ciddi problemlər yaranib. İctimailəşdirib, bu qədər problemlərin içində diqqəti üstümüzə çəkmədik ki, qurumlarla danışaq, UZİ deyilən mərdimazari axır ki, zona aparıb, yoxlasınlar, baxaq dərdi nədirsə, onu özümüz müalicə etdirək.
2 həftədir, ayrı-ayrılıqda bütün qurumlarla əlaqə saxlayıram. ədliyyə nazirliyi ümumiyyətlə, işləmir, telefonlarını qaldıran yoxdur. Nazirliyin Tibb Baş İdarəsi ümumiyətlə heç kimi saymır. İşi, gücü buğa kimi dustaqlardan pul alıb, müalicə müəssisəsinə yerləşdirməkdir. Son iki ildə bir zonda 10 dustaq dünyasini dəyişib. Niyə? Çünki vaxtinda müdaxilə olunmayib. Sonuncu dəfə yüksək təzyiqli dustağı Tibb müəssisəsinə etap etmək 5 saat vaxt aparıb, adam yolda dünyasinı dəyişib. Vecinə alan yoxdur. Elə bil, şər-böhtanla, şantaj, hədə-qorxuyla türmələrə atdıqları adamları məhkəmənin hansi hökmü verməsindən asılı olmayaraq, ölümə məhkum ediblər. Arada-siıada bir həkim tutub, basırlar türməyə, dustaqlar xoşbəxt olur ki, heç olmasa bu adamdan alaq müalicəmizi.
Ey məmurlar, harda yaşayırsınız, Mozanbikdə? Heç inanmıram Mozanbikdə də bu cür münasibət ola. Ombudsmana müraciət edirəm, hara baxırsınız? Niyə sizin əməkdaşlar bu məsələlərlə məşğul olmur, onlar insan deyillər, haqları yoxdur?
Niyə erməniyə super imkanli məhkəmə tikirsiniz, haqlarını özlərindən çox qoruyursunuz, qan bağliliğiniz var, bu nə vay-şüvəndir?
Gülürlər bizə… Kampaniya keçirib, petisiyaya çağirirlar. Sabah bu erməniləri azadliğa buraxsalar, əsla təəcüblənməyəcəm.
Bu millətin qeyrətli oğullarini niyə qirirsiniz, kim qirir, kim verib bu əmri sizə?
Açıq mübarizə aparmağa gücünüz yoxdur, gizlində alçaq siyasət aparırsınız? Evrən sizə etdiklərnizi mütləq qaytaracaq. Əmin olun.
Əvəz bəyi 5 ay DTX-da saxlayib, ailəsilə bir dəfə də olsun telefonla danışmağa imkan verməyən hakimiyyət Vardanyanı, Arutyunyanı, elə digərlərini də ailəsilə dərhal canli vatsapa birləşdirirdi ki, narazi qalmasınlar bizdən. Tolerant dövlətik axı.
İndi nə deyirsiniz, yenə əlimizə mikrofonu alib, törətdiyiniz cinayətləri adbaadmi səsləndirək? Nə edək?
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsilə bağli əldə etdiyim bütün informasiyaları da yaxın günlərdə reportaj şəklində diqqətinizə çatdıracam. Görün, ölkəni kimlər, necə idarə edirlər.
Topumuz yox, topxanamız yox, hakimiyyətdə babamız yox, tək bir qələmimiz var. Etdiklərimiz sizlərə təsir etməsə də, yaddaşda qalsın, vaxtı, zamanı çatanda lazım olacaq.”




