Dünyada hər 6 nəfərdən biri sonsuzdur

Dünyada xeyli adam sonsuzluqdan əziyyət çəkir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 4-də açıqladığı hesabatında bildirir. Planetin yetkin yaşlı əhalisinin təxminən 17.5 faizi, yaxud hər 6 nəfərdən biri sonsuzluqla üzləşir. Bu isə sonsuzluğun əlçatan, yüksək keyfiyyətli müalicəsinə çıxışın artırılmasının vacibliyini göstərir.

Hesabat regionlar arasında sonsuzluq səviyyəsində cüzi fərqlərin olduğunu üzə çıxarıb. Belə ki, göstəricilər yüksək, orta və aşağı gəlirli ölkələr üzrə fərqlənir, yəni, sonsuzluğun qlobal bir səhiyyə problemi olduğu bəlli olur. Yüksək gəlirli ölkələrdə sonsuzluq səviyyəsi 17.8%, aşağı və orta gəlirli ölkələrdə isə 16.5%-dir.

“Bu hesabat mühüm bir həqiqəti ortaya qoyur: sonsuzluq ayrıseçkilik etmir”, – ÜST-nın baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.

O qeyd edib ki, sonsuzluğun müalicəsinə çıxış genişləndirilməli, bu məsələ səhiyyə tədqiqatları və siyasətindən kənar qalmamalıdır. Valideyn olmaq istəyənlər üçün təhlükəsiz, effektli və əlçatan yollar təmin edilməlidir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button