Dünya çempionatındakı qələbəyə görə 709 məhkum azadlığa buraxılıb

Yayımlandı: 29 Noyabr 2022 15:53

Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində İran millisinin Uelsi məğlub etməsi (2:0) münasibətilə bu ölkədə 709 məhkum azadlığa buraxılıb.

Bu barədə İranın Ədliyyə İdarəsinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi sərəncam imzalayıb. Sərəncam ölkənin 12 vilayətindəki cəzaçəkmə müəssisələrinə şamil edilib.

İran millisi DÇ-2022-nin B qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. İranlılar bu gün saat 23:00-da 3-cü tur çərçivəsində ABŞ yığması ilə qarşılaşacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button