DSX hərbçisinin özünü öldürdüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Naxçıvanda xidmət keçən əsgəri Kənan Bəkiyevin atəş açmaqla özünü öldürdüyü bildirilir.

Hərbi Prokurorluqdan “Turan”a bildirilib ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Prokurorluqdan hadisənin səbəbləri və detalları haqda məlumat verilməyib.

İyunun 10-da da DSX-nin hərbi qulluqçusu, kiçik gizir Rahil Əhmədovun intihar etdiyi bildirilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button