DSX: Baş çavuş qəzada həlak olub

Yayımlandı: 21 Noyabr 2022 20:14

Qəzada bir neçə hərbçinin xəsarət aldığı bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov həlak oub.
Məlumatı DSX yayıb. Bildirilir ki, Cəbrayılın Şükürbəyli kəndində xidmətə məxsus “UAZ” markalı avtomobil hərəkətdə olarkən “Shagman” markalı yük avtomobili “UAZ”ın hərəkət zolağına çıxıb və qəza baş verib.

Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button