DSX: “Baş çavuş özünü güllələyərək öldürüb”

Yayımlandı: 17 İyun 2023 22:24

Hadisənin hərbi xidmətlə bağlı olmadığı deyilir

Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Hacıyevin intihar etdiyi bildirilir.

Baş çavuşun iyunun 17-də Qazax əlahiddə sərhəd diviziyasında odlu silahdan özünü öldürdüyü qeyd olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirib ki, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verdiyi müəyyənləşib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Qurum hərbçinin hansı rayondan olduğunu açıqlamayıb.

Meydan TV baş çavuş Pərviz Hacıyevin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button