
Dövlət müəssisələrində çalışanlar “çağırışla” tədbirə gətirildiklərini deyirlər
Yayımlandı: 4 Fevral 2024 15:02
Prezidentliyə namizəd Razi Nurullayevin Şamaxıda “seçicilərlə görüşü” keçirilib. Amma deyəsən, görüşə gələnlərin bundan xəbəri yoxdur. Dövlət müəssisələrində çalışanlar “çağırışla” tədbirə gətirildiklərini deyirlər. “Razi Nurullayevlə görüşə gələnlər” də İlham Əliyevə səs verəcəklərini deyirlər.



