
Dövlət Bağçalı Türkiyədə qəbul imtahanlarının ləğv olunmasını təklif edib
“Artıq universitetə qəbul imtahanlarına neştər vurmağın vaxtıdır. Gəlin, univeristetlərə qəbul imtahanlarını ləğv edək”.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputat fraksiyasının toplantısında belə deyib:
“Hesab edirəm ki, övladlarımızın həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil. Universitetlərə qəbul imtahanları tamamilə ləğv edilməlidir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Millət İttifaqı adlı birlik yaradıb.



